Faiq Qarayev: Klublarımız artıq statistlər üçün xaricə üz tutmayacaq

Bu gün Voleybol federasiasın 1-ci vitse prezidenti Faiq Qarayev statistika seminarının iştirakçıları ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, ilk olaraq onlara uğurlar arzu edib. Sitat: “Hər  birinizə minnətdarlığımız bildiririk ki, bizimlə birgə çalışmağa isdəyirsiz. Qadın hakimlərin sayını artırmalıyıq. Artıq 7 beynəlxalq dərəcəli hakimimiz var. Qarşıda bizi böyük yarışlar gözləyir. İlk olaraq klublarımızın sayını artırmalı və çempionatlarımızın keyfiyyətini yaxşılaşdırmalıyıq.

Klublarımız isə artıq statistlər üçün xaricə üz tutmayacaqlar. Bu bizi sevindirir. Mən sizə bir satist kimi baxmıram. Biz artıq bir ailə oluruq. AVF olaraq əlimizdən gələni edirik ki, bizim bütün nümayəndələrimiz üçün lazımı şərait yaradılsın. Bu il bir az gec başladıq. Amma qarşıdakı illərdə sudyalarımıza, statistlərə ingilis dili kursları keçiriləcəkdir. Bizim planında daha bir kurs var. Bu isə menerlərin kursu olacaq.

Onat Qurd artıq türkiyədə və rusiyada statistlərin seminarını keçib. Onun bu sahədə böyük təcrübəsi var. İnanıram ki, həm Onat, həm də Ruslan Motorin sizlərə statistikanın bütün incəliklərini öyrədirlər”.

AVF-in Baş Katibi Elşən İsmayılov da bütün iştirakçılara uğurlar arzu edib. Deyib ki, bu gün AVF belə bir seminarı heç bir ödənişin olmadan keçirilməsini təmin edib. Faiq müəllim bildirdi, mən də bir daha söyləyirəm, sizlərə hər kömək etməyə hazıram.

 

Həmin kateqoriyadan