Famil Ağayevin qələbə şərhi

Qadın voleybol millimiz Qızıl Avropa liqasında bolqarıstanlı həmkarlarına əvəz oyununda 3:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın məşqçisi Famil Ağayev bunu söyləyib:

“Komandamızla fəxr edirəm. Ulduzlarımız olmadan oynasaq da, bu gün meydançadakı oyunçularımızın hər biri mənim üçün ulduz idi.

Faiq Qarayev olmadan mübarizə apardıq. Bu gün qızlar onun üçün döyüşdü. Birinci yer uğrunda mübarizəmizi davam etdiririk”.

Həmin kateqoriyadan