Farer adaları Bakıya ciddi itki ilə yollanır

Farer adaları millətlər liqasında Azərbaycan və Maltaya qarşı keçirəcəyi səfər oyunları ərəfəsində ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, hücumçu Yohan Suymun Edmundsson sıradan çıxıb.

“Arminiya”nın futbolçusu Almaniya 2-ci bundesliqasında “İnqolştadt” ilə görüşdə dizindən zədələnib. Vikinqlər noyabrın 17-də Bakı olimpiya stadionunda Azərbaycan millisinin qonağı olacaq.

Həmin kateqoriyadan