FC Baku TV-nin baxılma sayı 1 milyona yaxınlaşıb

«Bakı» futbol klubu rəsmi kanalını fanatlara və bütün dunyanın futbola ehtirasla bağlı olan insanlara sevinclə təqdim edir. Allsport.az saytı xəbər verir ki, FC Baku TV internet kanalı 2011-ci ildə işıq üzü görüb. Yaranmasından qısa zaman ötsə də, kanal azarkeşlər və media resursları tərəfindən sevilib.

50 yaxın veb sayt öz səhfələrində FC Baku TV-nin videolarını yerləşdirir. Yerli televiziya kanallarında bu videolara xüsusi marağını qeyd etmək olar.

Kanal əsasən YouTube sosial şəbəkə vasitəsi ilə yayımlanır. Belə ki, FC Baku TV-nin YouTube kanalının 3000 yaxın abunə üzvü var və ümumi videoların baxılma sayı 1 000 000 yaxındır.

Həmin kateqoriyadan