AVF millinin baş məşqçisini yaxın vaxtlarda açıqlayacaq

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşməyib. Allsport.az xəbər verir ki, Azərbaycan voleybol federasiyası bununla bağlı danışıqlar aparır.

Bu ilin mayında ölkəmizə dəvət olunan Covanni Kaprara ilə müqavilə sentyabrda – Avropa çempionatından sonra başa çatıb. Komandamız yanvarda keçiriləcək Avropa olimpiya təsnifat turnirinə yeni mütəxəssisin rəhbərliyi altında çıxacaq. Yeni baş məşqçinin adını federasiya yaxın vaxtlarda açıqlayacaq.

Covanni Kaprara yığmanın baş məşqçisi kimi Qızıl Avropa Liqasında, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində və Avropa çempionatında çıxış edib.

Həmin kateqoriyadan