“Ferrari”nin pilotu Sebastyan Fettel Bəhreyn qran-prisinində də ilk yeri tutub

Formula-1 üzrə dünya çempionatının 3-cü mərhələsində, Bəhreyn mükafat yarışında “Ferrari” komandasının sürücüsü qalib gəlib. Allsport.az saytı xəbər verir ki, pilotlar “Sahir” avtodromunda 5412 metrlik trasda 57 dövrə vurublar.

Sebastyan Fettal 1 saat 33 dəqiqə 53,374 saniyəlik nəticə ilə hesabına 25 xal yazdırıb. O, ilk mübarizədə, Avstraliya qran-prisində də ilk yeri tutub. Öncüldən 0,06 saniyə geri qalan Lüis Həmilton (“Mercedes”) yarışı 18 xalla 2-ci pillədə bitirib. İlk üçlüyü liderdən 0,20 saniyə sonra finişə çatan Valtteri Bottas (“Mercedes”, 15 xal) tamamlayıb.

Pilotların yarış cədvəlinə 68 xalla Sebastyan Fettel başçılıq edir. Lüis Həmilton 61 xalla 2-ci, Valtteri Bottas 38 xalla 3-cüdür.

Konstruktorlar kubokunda “Ferrari” 102 xalla 1-ci, “Mercedes” 99 xalla 2-ci, “Red Bull Racing” 47 xalla 3-cü pillədədir.

Çempionatın növbəti, 4-cü yarışı olan Rusiya qran-prisi aprelin 28-30-da Soçidə keçiriləcək. Dünya çempionatının 8-ci mərhələsi, Azərbaycan mükafat yarışı iyunun 23-25-də Bakıda baş tutacaq.

Həmin kateqoriyadan