FHN qurumları arasında voleybol çempionatı

Fövqəladə hallar nazirliyinin idman-sağlamlıq mərkəzi və bu qurumun işçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə voleybol çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 120-ə yaxın idmançının təmsil olunduğu 11 komanda öz qüvvəsini sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin və dövlət yanğın muhafizə xidmətinin komandaları arasında olub. Adı ilk çəkilən təşkilat 1-ci yer tutub. 3-cü pilləyə xüsusi riskli xilasetmə xidmətinin voleybolçularını məğlub edən mülki müdafiə qoşunları çıxıb. Yarışın baş hakimi Səbuhi Əliyev olub.

Yarışın tamaşaçıları sırasında AVF-in 1-ci vitse-prezidenti Faiq Qarayev, baş katib Cəlil Cəfərov, müşavir Əbülfəz Hüseynov, FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, FHN-in idman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayev və bir sıra fəxri qonaqlar olublar.

Həmin kateqoriyadan