FİDE Faiq Həsənovu mükafatlandırıb

Bakıda FİDE-nin 87-ci Konqresində əvvəlcədən elan olunduğu kimi 9 nominasiya üzrə hakimlərə mükafatlar təqdim olunub. Allsport.az saytı xəbər verir ki, Panagiotis Drepaniotis (Yunanıstan), Yuri Lobanov (Rusiya), Faiq Həsənov (Azərbaycan), V. Kamesvaran (Hindistan), Gijssen Geurt (Niderland), Yevgeni Meliksey Bet (Gürcüstan), Jorje Vega (Qvatemala), David Velç (İngiltərə), Borivoje Jariç (Serbiya) ötən bir il müddətində şahmatın inkişafında göstərdikləri xidmətlərə görə təltif edilib. Mükafatları FİDE Hakimlər Komissiyasının rəhbəri Takis Nikolopoulos təqdim edib.

Həmin kateqoriyadan