FİFA 2022-ci il dünya çempionatına görə kompensasiya ödəmək fikrində deyil

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının qış aylarında keçirilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə futbol federasiyaları və klublara heç bir pul kompensasiyası verilməyəcək. Allsport.az xəbər verir ki, bu barədə məlumat verən FİFA-nın baş katibi Jerom Valke nəzərdə tutulan dəyişikliyə uyğunlaşmaq üçün 7 ilin kifayət edəcəyini vurğulayıb.

Bir qədər əvvəl aralarında Münhenin “Bayern” klubunun prezidenti Karl-Haynts Rummenigginin də olduğu bəzi futbol funksionerləri çempionatın təqviminin dəyişdirilməsi ilə əlaqədar mümkün ziyana görə FİFA-dan pul tələb edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, işçi qrupu FİFA-ya Qətərdə yay fəslinin həddən artıq isti olmasını nəzərə alaraq futbol üzrə dünya çempionatını 2022-ci ilin noyabr-dekabr aylarında keçirməyi tövsiyə etmişdi.

Həmin kateqoriyadan