FIFA “Bursaspor”un futbolçusunun Azərbaycan yığmasında oynamasına icazə verib

FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Dəniz Yılmazla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. Allsport.az saytı xəbər verir ki, AFFA tərəfindən açıqlanan qərarda bunlar qeyd olunub (FIFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.):

1. AFFA və futbolçu Dəniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
2. Futbolçu Dəniz Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

 

Həmin kateqoriyadan