FİFA prezidenti Elxan Məmmədova döş nişanı təqdim edib

FİFA-nın mənzil qərargahında FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, qurumun İsveçrənin Sürix şəhərində baş tutmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Azərbaycan nümayəndəsi komitənin üzvü kimi ilk dəfə olaraq bu iclasa qatılıb. Ali futbol təşkilatının qaydalarına uyğun olaraq, yeni komitə üzvlərinə FİFA prezidenti tərəfindən döş nişanı təqdim olunub. Tədbirdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü Şeyx Əli iştirak edib.

Həmin kateqoriyadan