- Baxış sayı: 33
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Dünya Kuboku-2018-in seçmə mərhələ oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, o, “H” qrupunda Kipr – Cəbəllütariq matçında ədaləti qoruyub.
Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Gənc referimiz 80-ci dəqiqədə qonaqların futbolçusuna ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Meydan sahiblərindən isə 2 oyunçuya sarı vərəqə göstərilib.
Həmyerlimizə bu oyunda yan xətt referiləri Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Dördüncü fit sahibi Orxan Məmmədov olub.