FİFA referisinə növbəti təyinat

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, Avropa liqasının pley-off mərhələsində “Yagelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) cütünün qalibi arasında avqustun 23-də keçiriləcək oyunun həmyerlimiz idarə edəcək.

FİFA referisinə Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. 4-cü hakim Orxan Məmmədov olacaq.

Həmin kateqoriyadan