- Baxış sayı: 31
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası futbolçulara cari qış transfer pəncərəsində Serbiya klublarından uzaq durmaq çağırışı edib. Allsport.az saytı xəbər verir ki, bu ölkənin klubları ilə müqavilə bağlamamaq tövsiyə edilib.
Buna səbəb, 2016-cı ildə Serbiya çempionatında çıxış edən futbolçuların maliyyə çətinliyi ilə üzləşməsi göstərilib. FİFPro-nun 2016-cı ildəki araşdırmasına əsasən, Serbiya birinciliyində çıxış edən futbolçuların 68 faizi əməkhaqlarının yubadılması, 89 faizi isə əvvəlki komandalarına qayıtmamaq üçün təzyiqlərlə qarşılaşıb.
Bununla belə, beynəlxalq qurum peşəkar futbolçuların digər hüquqlarının pozulduğunu da rəhbər tutub. Məlum olub ki, Serbiya Futbol İttifaqı (FSS) komandalarla oyunçular arasındakı mübahisələri həll edən komissiya tərkibindən futbolçulardan ibarət üzvləri də kənarlaşdırıb.