Filip Ozobiç: İlk dəfə idi ki, hücumçu kimi oynayırdım

“Qarabağ”ın yeni futbolçusu Filip Ozobiç Avstriyada təlim-məşq toplanışında Bolqarıstanın “Ludoqorets” klubuna qarşı yoxlama oyunundan danışıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “köhlən atlılar”da debüt matçını belə şərh edib:

“Qarabağ”da ilk görüşüm idi. Yoxlama matçı olmasına baxmayaraq, yaxşı oynadıq. Rəqibimiz “Ludoqorets” də kifayət qədər güclü komandaydı.

Oyundan razı qaldım. Yeni bir mövqedə oynadım, ilk dəfəydi hücumçu kimi oynayırdım. Baş məşqçimizin tapşırığı idi, məncə, pis alınmadı”.

Həmin kateqoriyadan