Final oyununun təhlükəsizliyi ilə bağlı iclas

Gələn ilin mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının final oyununa hazırlıq məqsədi ilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir.

Allsport.az saytı xəbər verir ki, görüşün təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasda UEFA nümayəndələri Andreas Schar və Deni Kistenyov, oyunun təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan dövlət təhlükəsizliyi və mühafizə xidmətlərinin, daxili işlər və fövqəladə hallar nazirliklərinin əməkdaşları iştirak ediblər.

Həmin kateqoriyadan