“Fiorentina” daxili çempionatda “Atalanta”nın müqavimətini qıra bilməyib

İtaliya “A Seriyası”nda 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” doğma meydanda “Atalanta” ilə qarşılaşıb.

“Bənovşəyilər” bu matçda heç-heçə ediblər – 0:0. Bir görüşü təxirə salınmış Florensiya təmsilçisi hazırda 9 xalla 20 klub arasında 13-cü pillədədir.

Həmin kateqoriyadan