Firdovsi Fərzəliev əmsalda 1-ci olan iranlı karateçiyə qalib gələrək dünya oyunlarının qalibi olub

Azərbaycan millisinin öncüllərindən Firdovsi Fərzəliev (60 kq) dünya oyunlarının qalibi olub. Allsport.az saytı xəbər verir ki, Polşanın Vroslav şəhərində 0, əmsalda birinci, iranlı Əmir Mehdizadəni 4:2 hesabı ilə məğlub edərək karyerasında növbəti uğuru qazanıb.

Dünya Karate Federasiyasının rəsmi səhifəsində (WKF) həmyerlimizin döyüşləri haqqında qeydlər var. Onu bu çəkidə gözlənilməz nəticələrdən biri adlandırsalar da, Firdovsinin son illər rəsmi yarışlarda yüksək səviyyədə çıxış etməsi, 60 kq-da da Azərbaycan karateçilərinin yüksək əyarlı medallara iddialı olmasının göstəricisidir.

Bu nəticə ilə Azərbaycan dünya oyunlarının karate yarışlarında ilk gün 12 medal qazana bilən ölkə arasında Yaponiya və Fransa ilə birgə liderliyi bölüşür. 26 iyulda daha bir idmançımız, Ayxan Mamayev tatamiyə çıxacaq. AMKF-nin media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun yaydığı xəbərə görə, son dünya çempionatının nəticəsi müqabilində dünya oyunlarına olunan Rafael Ağayaevin (75 kq) zədəsi, onun bu mötəbər yarışda mübarizə aparmasına imkan verməyib.

Həmin kateqoriyadan