Firdovsi Umudov: Uğur qazanmaq çətindir, amma bu titulu qorumaq ondan da çətindir 

Bu gün Gənclər və İdman Nazirliyində cüdo, güləş və boks üzrə dünya çempionatlarında medal qazanan milli komandalarımızın üzvləri ilə görüş təşkil olundu.

Allsport.az saytının məlumatına görə, tədbirdə çıxış edən sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Firdovsi Umudov Parisə 7 idmançı ilə yollandıqları və onlardan 4-nün medal üçün güləşdiyini, sonda Hacı Əliyevin 3-qat dünya çempionu olduğu, Aslanbəy Alborovun 3-cü, Cəbrayıl Həsənovla Aleksandr Qostiyevin 5-ci yer tutduqlarını xatırlatdı.

Bildirdi ki, uğur qazanmaq çətindir, amma bu titulu qorumaq ondan da çətindir. 

Həmin kateqoriyadan