Firdovsu Umudovlu sərbəst güləş millimiz Avropa Millətlər Kubokunda 2-ci, qadınlarımız 3-cü

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda sərbəst və qadınlardan ibarət komandalarımız mübarizə aparıblar.

Firdovsu Umudovun baş məşqçilik etdiyi “sərbəstlər” öz qrupunda Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanaraq finala çıxıblar. Həledici görüşdə millimiz Rusiyaya 3:5 hesabı ilə uduzub.

7 idmançı ilə iştirak edən qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb. Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən yığmamız son görüşdə Rusiyaya yenilərək yarışı 3-cü sırada tamamlayıb.

Həmin kateqoriyadan