Firudin Quliyev: Hazırda idmandan kənar işdə çalışıram

«Hazırda Tümendəyəm. Hər şey qaydasındadır. Burada dayıoğlunun yanında fəhlə işləyirəm. Əsl kəndli balası kimi (gülür)». Allsport.az saytına bu açıqlamanı gənc ağırlıqqaldıran Firudin Quliyev (69 kq) verib.

İnişil Kazanda keçirilən Tələbələrin Universiadasında baş mukafata sahib çıxan 21 yaşlı idmançı, elə həmin mövsüm Polşanın Vrotslav şəhərində təşkil olunan dünya çempionatında bürünc medal qazanıb. Amma ötən ilin martından başlayaraq, Azərbaycan ağırlıqqaldırmasının üstünü alan qara bulud, elə adı kimi ağır sonuc verdi: 18 atletimiz dopinq qalmaqalında cəzalandırıldı; azmanlarımızın həmin dörddə qazandıqları əksər nəticələr ləğv olundu.

Firudinin sözünə görə, o, yaxın günlərdə məşqə başlayacaq. Cəzası da bu ilin yayında bitir. Sitat: «İyunda cəzam bitir. O zaman artıq gərgin çalışmalara başlayacağam. İdmanda olanda, maaş alırdım. Amma indi yox. Bunun üçün müvəqqəti də olsun, kənar yerdə işləməliyəm. Allaha güvənib yaşayıram. Allah özü hamımıza kömək olsun».

Həmin kateqoriyadan