FİVB Bakıya 30 hakim göndərəcək

10-14 sentyabr tarixində Bakıda keçiriləcək “2014 CEV Beach Volleyball European Championship Baku Masters” yarışlarında oyunları idarə edəcək xətt hakimləri və katiblər üçün, Beynəlxalq Voleybol Federasiyasının hakimlərinin nümayəndəsi Jeff Brehaut seminar keçirəcəkdir.

Allsport.az saytı xəbər verir ki, 6-7 sentyabrda “Voleybol Mərkəzi”ndə keçiriləcək seminarda 60 hakimimiz iştirak edəcəkdir. Bu referilərdən 30-u məhz “2014 CEV Beach Volleyball European Championship Baku Masters” də idarəçilk edəcəkdir.

Həmin seminarın keçirlməsini 2015 Avropa Oyunlarının təşkilat komitəsi təşkil edir.

Həmin kateqoriyadan