Flaqman 5300 bilet satıb

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası Azərbaycan kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Neftçi”yə bilet satışını özlərinin həyata keçirməsi imkanı yaradıb. Allsport.az saytının məlimatına görə, “Neftçi” artıq 10 772 biletdən 5300-nü satıb.

Biletlərin bir hisəsi də fan-klublara paylanıb. Qeyd edək ki, hər iki klubun azarkeşləri biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionundana ala bilərlər. Bu matç mayın 25-də baş tutacaq.

Həmin kateqoriyadan