Flaqman “Sumqayıt”ı hansı göstəricilərdə üstələyir?

“Neftçi” aprelin 8-də Topaz premyer liqasının 22-ci turunda “Sumqayıt”ı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, “8-ci km” stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.

Bu komandalar arasında indiyədək 23 çempionat görüşü olub. Bunlardan 12-də qalib gələn “ağ-qaralar”, 9-da məğlub olub. Cəmi 2 matçda heç-heçə qeydə alınıb. Top fərqində də “Neftçi” üstündür – 37:28.

“Neftçi” bu mövsüm ilk ev oyununda qələbə qazanıb. Paytaxt klubunun ötən il oktyabrın 29-da 2:1 hesabı ilə qalib gəldiyi görüşdə qolları Mirabdulla Abbasov və Rəhman Hacıyev vurublar.

Həmin kateqoriyadan