Flaqman “Sumqayıt”la oyun üçün başladı

“Neftçi” premyer liqanın 14-cü turunda “Sumqayıt”la oyunun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, “Sabah”la qarşılaşmadan (2:1) sonra 2-günlük fasiləyə buraxılan komanda bu gün klubun bazasında məşqə çıxıb.

Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində Ruslan Abışovun fərdi məşğul olub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Sözü gedən görüş dekabrın 9-da “Baksel arena”da keçiriləcək.

Həmin kateqoriyadan