Flaqman yoxlama görüşündə Makedoniya klubuna qalib gəlib

Türkiyənin Topuk yaylasında təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” Makedoniyanın “Şkupi” klubunu sınağa çəkib.

Matç Roberto Bordinin komandası 2:0 qələbəsi ilə başa çatıb. İlk yarı qolsuz bitən görüşün 2-ci hissəsində Namiq Ələsgərovla Mirabdulla Abbasov fərqləniblər.

Həmin kateqoriyadan