Flaqmanın 5 futbolçusu milli komandada çağrılıb

May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək.

Allsport.az saytının məlumatına görə, aprelin 12-13-də paytaxtımızda baş tutacaq hazırlığa “Neftçi”nin 5 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar.

Qeyd edək ki, U-17 milli komandamızın kapitanı Elçin Əsədov hazırda zədəli olduğu üçün təlim-məşq toplanışına dəvət olunmayıb.

Həmin kateqoriyadan