Flaqmanın baş məşqçisi olacaq Roberto Bordini bu gün Bakıya gəlir

Bu gün “Neftçi”nin yeni baş məşqçi Bakıya gəlir. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” sonda Roberto Bordinin üzərində dayanıb.

Onunla cümə günü 2-illik müqavilə bağlanılacaq. Bu barədə İtaliya KİV-i yazıb. Mütəxəssisin axırıncı iş yeri “Şerif” olub.

Komandası ilə ötən il Avropa liqasının qrup mərhələsində çıxış edib. Həmin mövsüm Moldova təmsilçisi çempionlar liqasının 3-cü ələməsində bizim “Qarabağ”a uduzub (0:0; 1:2).

 

Həmin kateqoriyadan