Flaqmanın yay təlim-məşq proqramı

“Neftçi”nin yeni mövsüm üçün yay hazırlıq proqramı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.

“Neftçi” iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. DSonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək.

İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri 4 yoxlama görüşü keçirdəcək. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.

Həmin kateqoriyadan