Flaqmanın yeni idman direktoru komanda üzvlərinə təqdim edilib

“Neftçi” premyer liqanın 17-ci turu çərçivəsində “Zirə” ilə oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün “ağ-qaralar”  İsmət Qayıbov adına bazada məşq edib.

Yağışlı hava şəraitində keçən məşqin əvvəlində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub.

Fevralın 24-də 8-ci km stadionunda olacaq “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.

Həmin kateqoriyadan