ENİŞ
Foqtsun komandası 22 pillə gerilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sonuncu dəfə avqustun 14-də elan olunmuş cədvəllə müqayisədə, sentyabrdakı siyahıda böyük dəyişikliklər olub. Buna millilərin iştirakı ilə yetərincə oyunun, o cümlədən AVRO-2016-nın seçmə mərhələsinin ilk görüşləri baş tutub.

Cədvələ baxsaq, hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. Özbəkistan (0:0) və Rusiya (0:4) ilə yoldaşlıq, Bolqarıstanla (1:2) seçmə oyunu keçirən millimiz bu uğursuzluğun “bəhrəsi”ni görüb. Reytinqdə 69 xal itirən millimiz artıq siyahının 95-ci komandası olub. Ötən ay 413 xalla planetin 73-cüsü olan komandamız indi 344 xala malikdir.

Həmin kateqoriyadan