Formula-1 Avropa qran-prisinin “Son 6 ay” tədbirinə həsr olunan ilk mətbuat konfransı

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa qran-prisinin promouter təşkilatı “Son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransı keçirəcək.

Allsport.az xəbər verir ki, mətbuat konfransı zamanı gənclər və idman naziri Azad Rəhimov, 17-19 iyun 2016-cı il tarixlərində Bakıda ilk dəfə keçirləcək Formula-1 Avropa qran-prisinə hazırlıq işləri və bilet satışı ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandıracaq.

Tədbir 18 dekabr 2015-ci il tarixində “Fairmont” mehmanxanasının 2-ci mərtəbəsində yerləşən Üzeyir Hacıbəyov zalında baş tutacaq. Qeydiyyat və isti içkilər servisi saat 09:30-dan başlayaraq ikinci mərtəbəsində açıq olacaq. Tədbirə qeyd olunan vaxtdan gec olmayaraq qatılmağınız xahiş olunur. Tədbir saat 10-00-da başlayacaq.

Həmin kateqoriyadan