Formula-1 Bakı Avropa Qran Prisinin biletləri dekabrın 19-da satışa çıxarılacaq

Bakı Şəhər Halqası (BŞH) dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq olan 2016 Formula 1 Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq. Allsport.az xəbər verir ki, bilet satışının başlanması həmin ərəfdə şəhərdə keçiriləcək möhtəşəm “Son 6 ay” tədbirl ilə eyni günə təsadüf edəcək.

Formula 1 təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə çox əlamətdar bir gündə – Azərbaycanda ilk dəfə səhnə alan belə bir möhtəşəm yarışa düz son 6 ay qalanda əldə etmək mümkün olacaq.

“Son 6 ay” bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşaiyət olunan əyləncələrlə tam olacaq və gələn il iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in gəlişini ölkə sakinlərinə duyuracaq.

Bu əlamətdar gəlişmə barədə danışarkən, BŞH-nın İcraçı Direktoru Arif Rəhimov, “Bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir və biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanğıcı və “Son 6 ay” bayramı Bakıda Formula 1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq” – deyə qeyd edib.

2016 Formula Avropa Qran Prisi azarkeşlərə start/finish zolağına mükəmməl mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.

17-19 iyun həftəsonu ərzində milyonlarla qlobal izləyici kütləsinin gözü önündə Bakı Şəhər Halqasında F1 maşınları UNESCO Dünya İrsinə daxil edilmiş İçəri Şəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.

Dünyanın ən mükəmməl yarış avtomobili motorlarının səsi Bakını lərzəyə gətirməsinə son 6 ay qalan bir məqamda, Bakı Şəhər Halqasının dünyanın F1 ictimaiyyətinə gur ismarıcı var: Bakı Şəhər Halqası yarışdan daha artıqdır, nə qədər ki, satış bitməyib biletlərinizi almağa tələsin.

Həmin kateqoriyadan