Azərbaycan mükafat yarışları ölkə iqtisadiyyatına 277,3 milyon dollar gəlir gətirib

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti araşdırma aparıb. Allsport.az saytı xəbər verir ki, Bakıda keçirilən Formula1 ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Hesabatda indiyədək paytaxtda təşkil olunan qran-prinin büdcəyə ümumilikdə 277,3 milyon dollar gəlir gətirdiyi qeyd olunub.

Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur. Qran-pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqəda yaranmış digər gəlirlər daxildir.

İndiyədək Bakıda keçirilmiş 2 yarış dolayı gəlirlər isə ümumilikdə 113,1 milyon dollar təşkil edib. Bu gəlirlərin içərisində yenə şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox iqtisadi fayda götürən sektor olub. Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Formula1 qran-prinin təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir.

Həmin kateqoriyadan