Formula1 Azərbaycan qran-prisi 2023-cü ilədək keçiriləcək

Bu gün “Fairmont” mehmanxanasında “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans öş işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, tədbir başlamazdan öncə, gənclər və idman naziri Azad Rəhimovla Formula1 şirkətlər qrupunun baş icraçı direktoru və idarə heyətinin sədri Çeyz Kerri bir araya gələrək, Azərbaycan qran-prisinin təqvimdə 2023-cü ilədək qalmasını təmin edən müqaviləni imzalayıblar.

Bakıda mükafat yarışının 2020-ci ilədək keçirilməsini nəzərdə tutan mövcud anlaşmanın daha 3 il uzadılması bütün mərasim iştirakçıları tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Beləliklə, hər mövsümün ən maraqlı Formula1 yarışlarından biri olan Azərbaycan qran-prisi bu idmanın azarkeşlərinə həyəcanlı anlar yaşatmaqda davam edəcək.

Həmin kateqoriyadan