Dünya çempionatında düyünlər Bakı Şəhər Halqasında açıldı

Bu gün Av­ro­pa­da çox mü­za­ki­rə olu­nan dip­lo­ma­tik cə­rə­yan­lar­dan bi­ri­nin tə­məl fəl­sə­fə­sin­də məhz bir­ba­şa döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər de­yil, yar­dım­çı sek­tor­la­rın ro­lu önə çə­ki­lir. Klas­sik idea­liz­mə ya­xın olan trans­nas­sio­na­liz­min ba­ni­lə­ri Co­zef Nay və Ro­bert Koo­heyn bey­nəl­xalq əla­qə­lə­rin döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər sis­te­min­dən kə­na­ra çıx­dı­ğı­nı və fərd­lər, mü­əs­si­sə­lər, təş­ki­lat­lar, bir söz­lə, bü­tün qey­ri-hö­ku­mət qu­rum­la­rı­nın bir­gə fəa­liy­yə­ti­nin məh­su­lu ol­du­ğu­nu id­dia edir­lər. Son onil­lik­lə­rin kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı, ra­bi­tə və nəq­liy­yat sis­te­min­də­ki in­qi­la­bi də­yi­şik­lik­lə­ri bu mə­sə­lə­ni da­ha da ak­tu­al­laş­dı­rıb. Söz yox ki, bun­lar mü­şa­hi­də olun­ma­dı­ğı dövr­də formula1-in in­ki­şaf temp­lə­ri çox şe­yi gös­tə­rir­di. Mil­lət­lə­ri, döv­lət­lə­ri bay­ra­ğı al­tı­na top­la­yıb on­la­rı ümum­bə­şə­ri mü­qəd­dəs ide­al­lar oca­ğın­da cəm­lə­di.

Çün­ki bu hə­rə­kat məhz bey­nəl­xalq əla­qə­lə­rin, qar­şı­lıq­lı mil­li-mə­də­ni mü­ba­di­lə­nin, öz prinspləri və qaydalarının, avtomobil federasiyalarının ya­ran­ma­sı ilə sü­rət yığ­dı. Uzun il­lər – so­vet­lər döv­rün­də cə­miy­yə­ti­miz bu tə­rəq­qi­dən bi­xə­bər ya­şa­sa, formula1-i, sa­də­cə, ötüşmə yarışlarının ke­çi­ril­mə­si va­si­tə­si say­sa da, müs­tə­qil­lik ye­ni hə­qi­qət­lə­ri aş­kar­la­dı. De­mək, avtoid­man və onun bə­şə­ri mis­si­ya­sı­nın zir­və­si ki­mi formula1 gü­nü­mü­zün ən op­ti­mal in­ki­şaf ay­na­sı və ef­fekt­li tə­sir gü­cü­nə ma­lik va­si­tə­si­dir. Əl­də olu­nan nə­ti­cə­lər isə onun key­fiy­yət əm­sa­lı­nın gös­tə­ri­ci­si, bren­di­dir. Bü­tün bun­lar «gə­lə­cə­yə qo­yu­lan ka­pi­tal­dır».

2016/17 mövsümündə ilk 4 mükafat yarışının (Avstraliya, Çin, Bəhreyn, Rusiya) nəticəsindən sonra ehtimal oldu ki, mübarizə əsasən Lüis Həmilton, Valtteri Bottas (hər ikisi – «Mersedes»), Sebastyan Fettel, Kimi Rəykkönen («Ferrari») və Daniel Rikkardo, Maks Ferstappen («Red Bull Rasinq») arasında gedəcək. Növbəti 3 mərhələdə (İspaniya, Monako, Kanada) artıq adı ilk 3 çəkilən sürücü şəxsi hesabda önə sıçradı. Bu rəqabətdə almaniyalı pilot hamıdan qabaqdaydı. Amma dünya çempionatının Bakıda keçirilən 8-ci qran-pri seriyasında bütün düyünlər açıldı. Sebastyan Fettelin Lüis Həmiltonla bir-birinə çaprması, sonradan britaniyalının işinə yaradı. Psixoloji sarsıntı alan, ictimai təzyiqlə üzləşən almaniyalı yürüşçü tədricən estafeti Lüisi buraxdı. Azərbaycan mükafat yarışında digər maraqlı məqam, Daniel Rikkardonun mövsüm ərzində yeganə mərhələ çempionluğu və «Uilyams» komandasının 19 yaşlı üzvünün karyerasında ilk dəfə fəxri kürsüyə çıxması oldu.

Həmilton vətənində təşkil olunan qran-pridə zirvəni ələ keçirdi, ondan sonra 7 mərhələdə yüksək səviyyədə çıxış edərək, vaxtından əvvəl, karyerasında 4-ü dünya çempionluğunu yaşadı (363 xal). Sebastyan ötüşməni 317 balla 2-ci bitirdi. Valtteri Bottasın daim komanda yoldaşına dəstək olması «Mersedes»i də Mühəndislər kubokunda erkən qalib etdi – 668. «Ferrari» bu rəqabətdə gümün medalçı (522) və «Red Bull» 368 xalla 3-cü yer tutdu.

Kamran HACI

“Sürətin nəbzini tut-2” təcrübi təlimi üçün

Həmin kateqoriyadan