Formula1 TV-də bütün qış sınaqlarını canlı yayımlayacaq

Formula1 yürüşləri televiziyası yeni mövsümü ərəfəsində bütün testləri canlı efirdə nümayiş etdirəcək. Allsport.az saytı xəbər verir ki, yayımlar bu növün tətbiq etdiyi yenilikdir. Bu translyasiyalar vaxtı komandaların maşınlarının testi barədə icmal şouları da göstəriləcək. Sınaq yürüşləri üzrə ilk qış sessiyası 21-28 fevralda İspaniyanın Barselona şəhərində olacaq. 2-ci testlər də fevralın 26-dan martın 1-dək həmin məkanda keçiriləcək.

Formula1 vəd edir ki, ona məxsus olan televiziyada proqramların sayı artırılacaq, o cümlədən canlı efirə geniş yer ayrılacaq. Tezliklə bu platformada 7-qat dünya çempionu Mixael Şumaxerin idmanda keçdiyi yoldan bəhs edən tammetrajlı yeni sənədli film də nümayiş etdiriləcək.

2018-ci il mövsümünün əvvəlindən etibarən Formula1 televiziyasına 59 ölkədə abunə olmaq mümkün idi. 2019-cu il fevralın 18-dən isə bu siyahıya daha səkkiz ölkə – Kipr, Danimarka, Yunanıstan, Malta, Niderland, Norveç, Portuqaliya və İsveç də əlavə olunacaq.

Həmin kateqoriyadan