Formula2 mübarizəsində George Russel qalibi gəlib

Bu gün Azərbaycan qran-prisi çərçivəsində Formula2 üzrə 2-ci əsas yarış baş tutub. Allsport.az saytı xəbər verir ki, ötüşmədə hər biri 2 sürücü olmaqla 10 komanda uzunluğu 6 kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.

Qaalib adını “ART Grand Prix” komandasının pilotu George Russel qazanıb. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə göstərib. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə 2-ci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries 3-cü çatıblar.

 

Həmin kateqoriyadan