Formula2 üzrə sərbəst yürüş başlayıb

Bakı şəhər halqasında Formula2 üzrə sərbəst yürüşə start verilib.

Allsport.az saytı xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra, saat 13:00-dan 14:30-dək Formula1 Azərbaycan qran-prisinin ilk sərbəst yürüşü keçiriləcək.

Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda 10 komanda mübarizə aparır. Hər komandanı 2 sürücü təmsil edir.

Həmin kateqoriyadan