- Baxış sayı: 69
- 13 Aprel 2024 14:14
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
Formula-1 Azərbaycan mükafat yarışının ilk sərbəst yürüşü zamanı qəza olub. Allsport.az saytı xəbər verir ki, “Fors İndia”nın pilotu Serxio Peresin bolidi 8-ci döngədə, Qız qalasının yaxınlığında səddə çırpılıb və yararsız hala düşüb.
Sürücü maşını tərk etdikdən sonra, marşallar ərazidə təmizlik işi aparıblar. Qeyd edək ki, buna qədər Serxio Peres 1-ci döngədə xoşagəlməz halla üzləşib. Əyləc sistemi bloklandığı üçün onun idarə etdiyi bolid trasın kənarına çıxıb.