“Forza Neftçi”nin həbs olunan fanatı sərbəst buraxılıb

Topaz Premyer Liqasının 10-cu turunda keçirilən “Neftçi” – “İnter” (1:1) matçının gedişində “Forza Neftçi” fan klubunun polis tərəfindən saxlanılan üzvü İlkin Sadıqov sərbəst buraxılıb. Allsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeş oyun zamanı pirotexniki vasitənin istifadəsi səbəbindən hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Azarkeş izahat alındıqdan sonra bölmədən buraxılıb.

Həmin kateqoriyadan