Fransada olan Rövnəq Abdullayev SOCAR-ın Avro-2020-yə də sponsorluq etməsini istəyir?

Avropa çempionatı-2016-nın final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə qəbul keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizin Fransada səfiri Elçin Əmirbəyov futbol üzrə Avropa Kubokunda UEFA-nın rəsmi tərəfdaşı olan SOCAR-ın ötən bir ay müddətində uğurla fəaliyyət göstərdiyini qeyd edib.

SOCAR prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək, bunun SOCAR-ın ilk sponsorluğu olduğunu və şirkətin üzərinə düşən yükün öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb. Bir ay əvvəl Fransanın finala çıxmasını arzuladığını və bu gün arzusunun reallaşdığını deyib. O, Avropa Kubokunun təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkür edib. Futbol ailəsi üzvlərinin əl-ələ verib gələcəkdə də böyük yarışlar keçirəcəklərinə əminliyini bildirib.

Fransa Şəhər Gənclər və İdman Nazirliyinin idman üzrə dövlət katibi Tyeri Brayar qeyd edib ki, o da SOCAR, FİFA və Fransa arasında olan münasibətlərin daha da dərinləşməsinə çalışır. Bildirib ki, Bakı-2015 çox yüksək səviyyədə təşkil edilib və ölkəmizin yeni beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə və iradəyə malikdir. Avropa Kubokunun yüksək səviyyədə təşkil etməsinə görə Fransaya olan təbriklərə sevindiyini qeyd edib.

Ev sahibi Azərbaycanda güləş üzrə yarışlarda iştirak etdiyini və bu yarışlarda azərbaycanlı güləşçilərin qızıl medal qazandığını bildirərək, bugünkü final oyununun Fransada keçirildiyini və qalibin yerli komandanın olacağına ümid etdiyini bildirib.

Sonda FİFA-nın prezidenti Ciani İnfantino Avropa Kubokunun təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. Bu axşam Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidlərini ölkəmizdə keçiriləcək Avro-2020 futbol yarışına və bundan əvvəl də Bakıya gəlməyə dəvət edib. O, iştirakçıları əmin edib ki, onlar Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

Həmin kateqoriyadan