Fransadakı terrorla əlaqədar sükut azarkeşlərimizin xoşuna gəlmədi

Bu gün keçirilən Azərbaycan və Moldova yığmaları arasındakı yoxlama oyunu öncəsi Fransada baş verən terror aktında həyatını itirən insanların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Allsport.az xəbər verir ki, lakin stadiona toplaşan azarkeşlərimiz bu sükutu fitə basmaqla pozmağa çalışıblar.

Ardınca isə, millimizin fanatları “Azərbaycan” və “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndiriblər.

Həmin kateqoriyadan