Fuad Cəfərovun xatirə yarışı başa çatıb

Azərbaycanda şahmatın inkişafına böyük töhfə vermiş beynəlxalq hakim, Əməkdar məşqçi və Respublika Şahmat Mərkəzinin 1-ci direktoru Fuad Cəfərovun xatirəsinə turnirlərlə başlamaq artıq xoş ənənəyə çevrilib. Allsport.az saytı xəbər verir ki, yanvarın 3-də start götürən və ümumilikdə 200 nəfərin mübarizə apardığı memorialda qalib 9 turdan sonra bilinib.

Blits üzrə komanda yarışında 1-ci yeri “Asadli Team” (Vüqar Əsədli, 2360, Xəzər Babazadə, 2181) tutub. “International” və “Eleven” hərəyə 6 xalla sonrakı 2 pilləyə sahib olublar.

Rapiddə 7 xalla Read Səmədov (2019) sevinib. Loğman Quliyev (2252, 6 xal) və Əhməd Əhmədzadə (2101, 5,5 xal) növbəti mövqedə qərarlaşıblar.

“C” qrupunda (11 yaşadək uşaqlar) isə Nihad Kərimov (1404) 6 xalla birinci yeri tutub. 2-ci və 3-cü yerləri hər birinin hesabında 5,5 xal olan Aqşin Əlizadə (1088) və Lalə Hüseynova (1199) tutublar.

“A” qrupunda dairəvi yarışda İran təmsilçisi Araş Təhbaz (2468) 7 xalla qalib olub. Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə (2337) və ukraynalı Mixail Simantsev (2401) 5 xalla 2-3 sıranı bölüşüblər.

“Open” turnirində Loğman Quliyev, İran təmsilçisi Arya Omidi və Şahin Vəliyev 6 xal müvafiq olaraq ilk 3 yeri tutublar.

Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, turnirin təşkilatçısı və baş hakimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim İlqar Bacarani çıxış edərək, mərhumun şahmatımıza verdiyi tövhədən danışıblar.

Həmin kateqoriyadan