LAYİHƏ
Fuad Hacıyev: Akademiyada «İdman jurnalistikası» ixtisasının yaradılması labüd idi

Xəyal öz gələcəyini quranları ya uçuruma sürükləyir, ya da zirvəyə qaldırır. Yüksək zirvəni fəth etmək üçün, sadəcə, bu yolda inamla və istəklə addımlamaq kifayətdir. Son dövrdə şahid olduğumuz ən böyük həqiqət, ölkə idmanımızın yüksək sürətlə inkişaf etməsidir. Onun tərəqqisində xəyal və güclərini idman sevgisində birləşdirən idmançılarımız sayəsində əldə edilən uğurları inkar etmək olmaz. Ötən il hər kəsin həyəcanla izlədiyi Rio yay olimpiya oyunlarında qazanılan 18 medal bizlərin zəfər nişanəsiydi. Uğur yetişmək üçün dəqiqlik, etibarlılıq, özünəgüvənliliyin və xeyirxahlığın olması ən başlıca vasitədir. Bütün bu keyfiyyətləri özündə cəmləşdirən idman sahəsi, artıq öz ətrafına əcnəbi idmançıların sevgisini də əlavə edib. Cari mövsümdə qazanılan zirvələr isə, bəlkə onilliklər boyu təkrarlanmayacaq:

İslam oyunlarında komanda hesabında 1-ci yer, sərbəst güləşçi Hacı Əliyevlə boksçu Məhəmmədrəsul Məcidovun 3-qat dünya çemponluğu, kişi şahmatçılarımızın 3-cü dəfə Avropa çempionatını qazanmaları, Şəhriyar Məmmədyarovun FİDE əmsalında 2800 bal toplayan ilk türk və müsəlman olması və dünya reytinqində 3-cü pilləyə yüksəlməsi, «Qarabağ» klubunun Azərbaycan futbolu tarixində 1-ci dəfə çempionlar liqasının qrup mərhələsinə çıxması, azərbaycanlı qaçışçı Ramil Quliyevin Türkiyə millisindən atletikada ilk dünya çempionu olması, həmyerlimiz Fərid Qayıbovun olimpiya növlərində ilk olaraq Avropa Gimnastika İttifaqına prezident seçilməsi, Milad Hərçəqaninin dünya çempionatında baş mükafata sahib çıxan 3-cü taekvondoçumuz olması, MDB məkanında qadınların qitə çempionatının ilk dəfə Odlar yurdunda keçirilməsi və uzun illərdən sonra ilk dəfə futbol millimizin baş məşqçilik postuna yerli mütəxəssis, Qurban Qurbanovun təyin olunması.

«Məq­səd va­si­tə­yə haqq qa­zan­dı­rır» əbə­di Ma­kia­vel­li prin­si­pi bu­nun üçün qə­bul edi­lən bü­tün si­vil yol­la­rı müm­kün edir. İd­ma­nın isə bu­ra­da ro­lu xü­su­si çə­ki­yə ma­lik­dir. Çün­ki bu gün dün­ya­da id­man, sa­də­cə, fi­zi­ki ka­mil­lik rəm­zi ki­mi, so­si­al ha­di­sə sta­tu­sun­dan da xey­li irə­li ge­dib. O, dün­ya sə­na­ye­si, iq­ti­sa­diy­ya­tı­nın, ələl­xü­sus biz­nes, rek­lam ki­mi həl­le­di­ci sa­hə­lə­rin əsas qa­na­dı­na çev­ril­mək­lə apa­rı­cı ro­la çı­xıb. Doğ­ru­dur, id­man güc va­hi­di, müt­lə­qiy­yət eta­lo­nu, ha­ki­miy­yət rəm­zi ki­mi ta­ri­xin tə­kə­ri­ni və dün­ya­nın qu­ru­lu­şu­nu də­yiş­mək iq­ti­da­rın­da de­yil. An­caq, ye­ni sta­tu­su ilə, id­man in­ki­şaf, yük­sə­liş temp­lə­ri ba­ro­met­ri­nə çev­ri­lib. Bu üzdən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Nazirlər Kabinetinin 8 fevral tarixli qərarı ilə «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilməsi» və «İdman jurnalistikası», «İdman tibbi və reabilitasiya» ixtisaslarının magistratura səviyyəsi üzrə artırılması labüd idi. Həmin tarixi qərarı akademiyanın rektoru Fuad Hacıyev belə şərh edib:

«Bu çağırışlardan irəli gələrək əsas vəzifə yerli və bacarıqlı kadrların yetişdirilməsidir. Hər hansı böyük idman tədbirini media nümayəndələri işıqlandıra, idarəetmə sahəsində çalışa bilərlər. Bunun üçün yerli vəziyyəti qiymətləndirdik, 600 nəfər arasında sorğu keçirdik, beynəlxalq təcrübəni öyrənmək üçün strateji araşdırma qrupu yaratdıq, 20-yədək universitetə təcrübənin öyrənilməsi üçün nümayəndələr göndərdik və işçi görüşləri keçirdik. Bunların nəticəsində yeni ixtisasların yaradılması zərurəti ortaya çıxdı. Nəticədə Nazirlər Kabinetinin həmin qərarı labüdləşdi. Biz bu prosesə bir il əvvəldən böyük ümid və arzu ilə başlamışıq. Bir çox işləri həyata keçirmişik. Hazırda idman zallarının əsaslı təmir etmişik. Bu qədər vəsait dövlət büdcəsindən deyil, bizə sponsorlar, idmansevərlər, akademiyamızın məzunları dəstək verdi. Yarım milyon manat idman tibbi avadanlıqları gətirtdik. Məqsədimiz yerli və dünya bazarında rəqabətqabiliyyətli kadrlar hazırlamaqdır.
Magistraturaya ilk mərhələnin nəzəri, ikincisinin isə müsahibədən ibarət olmasını istədik. Qəbulda heç bir ali məktəbin bakalavrlarına məhdudiyyət qoyulmur. AFFA və digər idman qurumları ilə müxtəlif mövzular üzrə təlimlər keçirilər».

İl ərzində Böyük Britanıyanın UCL-in London Kollec Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor ADBTİA-da həyata keçirilən proqramlarla bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətini vurğulayıb.
«İdman jurnalistikası» ixtisasına idman media sahəsində tanınmış beynəlxalq ekspert Dan Meyson rəhbərlik edir. Təhsil müddətində tələbələrə idman jurnalistikasının əsas özəllikləri, media və PR, «online» yazı bacarıqlarının artırılması, audio və video jurnalistika istiqamətləri tədris olunur.

İdman jurnalistikası proqramı yeni nəsil beynəlxalq idman jurnalistlərinin inkişafını və ruhlandırılmasını hədəfə alıb. Beynəlxalq standartı və ən yaxşı dünya təcrübəsini özündə əks etdirən proqram Azərbaycanda, eləcə də regionda bir ilkdir. Magistrlər ilk gündən etibarən multimedia biliklərini və texnikalarını öyrənirlər. Proqram müddətində əldə edilən bacarıqlarla şəxsi idman saytı və sosial media kanallarınızın yaradıcısı və sahibi olmaq imkanı olacaq.
Proqram müddətində tədris modulları bu günün dəyişən media mənzərəsinə uyğun olaraq, «onlayn» yazışmadan başlayaraq, radio və TV-də xəbərlər şöbəsinə rəhbərlik, sahibkarlıq bacarıqları kimi təyin edilib. Bu bacarıqlara yiyələnməklə Kütləvi İnformasiya Vasitələrində, idman PR sahəsində və ya azad jurnalist kimi bir çox fəaliyyət sahələrində özlərini sınayacaqlar. Bu proqram həm akademik bilikləri, həm də peşəkar bacarıcı inkişaf etdirməyə kömək edəcək. Proqram beynəlxalq idman dili – ingilicə tərtib olunub.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan