“Futbol-hokkey”: Rəşad Sadıqovdan yaxşı basketbolçu da ola bilərdi

Rusiyanın “Futbol-hokkey” jurnalı karyerası ərzində basketbolla məşğul olan futbolçuların siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü Per Mertezakerin bu idman növündə şərhçiliyindən danışan həmkarlarımız, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovu da misal çəkiblər:

“Türkiyə superliqasında “Kayserispor”da çıxış edən Rəşad Sadıqov orada çox qala bilmədi və 9 oyundan sonra Azərbaycana döndü. Amma bu oğlan vətənində problem yaşadı: transfer pəncərəsi bağlanmışdı. Ona aşağı liqada oynamaq təklif edilsə də, razılaşmayıb basketbolla məşğul olmağa başladı -“NTD Servis”in heyətində ilk oyunundaca 13 xal topladı. Transfer pəncərəsi açıldıqdan sonra, o yenə futbola qayıtdı. Halbuki ondan yaxşı basketbolçu da ola bilərdi”.

Qeyd edək ki, siyahıda Qabriel Batistuta, Biksan Lizarazyu, Rio Ferdinand, İlhan Mansız və Eji Dudek kimi futbolçuların da adları yer alıb.

Həmin kateqoriyadan