Futbolçumuz 90 dəqiqə oynadı, komandası məğlub oldu

Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Bucaspor”la qarşılaşıb. Matç futbolçumuzun klubunun minimal hesablı məğlubiyyəti ilə nəticələnib. Məhərrəmov start heyətdə meydana çıxdığı görüşün sonunadək mübarizə aparıb.

Qeyd edək ki, “Adanaspor” hazırda 28 xalla 12-ci yerdə gedir.

Həmin kateqoriyadan