- Baxış sayı: 28
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 43
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Altınordu” ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Cəmşid sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Adanaspor” hazırda 28 xalla 14-cü pillədə qərarlaşıb.