Futbolçumuz Türkiyə klubuna belə məğlub oldu

Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası – “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında “Samsunspor”u qəbul edib. Qarşılaşma futbolçumuzun komandasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Ayazın adı matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Girəsunspor” hazırda 24 xalla 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan