Futbolçumuzun komandası “Verder”ə qalib gəldi

Almaniya Bundesliqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda “Verder”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Ayntraxt” hazırda 17 xalla 14-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan